Xəbər lenti
7 yaşlı qızı ölən ananın "O xəstəxanaya getməyin, ora morqdur" sözlərinə həkimdən CAVAB

Medicina.az saytının məlumatına görə, 7 yaşlı Aytac atipik pnevmaniyadan həyatını itirib. Aytacın anası Raya Cəfərzadə övladının xəstəliyi və ölüm səbəbi barədə açıqlama verərək, valideynlərə səslənib. O bildirib ki, A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında qızını yalnış müalicə ediblər: "Xaraba Qarayev xəstəxanasında uşağa at dozasında antibiotiklər vurmuşdular. O xəstəxanaya getməyin, ora morqdur. Balamı orda başda Camal Azizov adlı biri olmaqla daha da pis edib verdilər mənə".

Bununla bağlı Big.az saytı A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan Aytacın orada müalicə aldığı təsdiqlədilər: " Aytac bizim xəstəxanada ölməyib. Ananın acısını anlayırıq. Uşağın ölməsinə görə təəssüflənirik. Amma araşdırma aparmadan demək olmaz ki, Camal həkimin yalnış müalicəsi nəticəsində baş verib".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Aytacın anasının iddiasının nə qədər doğru, nə qədər yanlış olduğunu deyə bilməz: "Kaş bu hadisə olmayaydı. Camal həkimdən razı olan kifayət qədər insanlar var. Araşdırıldıqdan sonra demək olar ki, bu məsələdə həkim səhvi var, ya yox. Aytacın anasının bizə hələ ki rəsmi müraciəti yoxdur. Mən xanımın iddiasını sosial şəbəkədə gördüm. Amma yenə də araşdırma aparacağıq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar