Xəbər lenti
Azərbaycanda istehsal olunan avtomobillər gələn həftədən satışa çıxarılır
Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan "Khazar" avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.
Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu zavodun sahiblərindən biri olan "AzərMaş" şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.
O bildirib ki, ilk sifarişçilər dövlət strukturları - İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.
E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə "Khazar SD" və "Khazar LD" modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.
"Khazar SD"-nin satış qiyməti 16 min manat, "Khazar LD"-nin satış qiyməti 18 min manat təşkil edəcək.
O əlavə edib ki, avtomobilləri 20 faiz ilkin ödənişlə lizinqə və ya 50 faiz ilkin ödənişlə kreditə almaq olar. Aylıq ödəmə 18 faiz təşkil edəcək.
Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına cavab verir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar