Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Elə sürərəm ki, hamınız qırılarsınız" deyən sürücünü işdən çıxardılar - VİDEO

Tarix: 07-06-2018 19:48     Baxış: 2225 A- / A+
"Elə sürərəm ki, hamınız qırılarsınız" deyən sürücünü işdən çıxardılar - VİDEO


49 və 136 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobuslarda sürücülərin yol hərəkəti qaydalarının tələbinin kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atması, sərnişinlərlə ünsiyyətdə etik davranış qaydalarına zidd hərəkət etmələrinə dair yayılan video görüntülər nəzarətə götürülərək müvafiq qaydada araşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hər iki marşrut xətti üzrə daşıyıcı dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahat vermələri tələb edilib. Araşdırma nəticəsində Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 136 nömrəli marşrut xəttində (DQN 90-VU-141) çalışan sürücü Sultanov Orxan Xanməmməd oğlu və 49 nömrəli marşrut xəttində (DQN 90-VS-436) çalışan sürücü Abbasov Elçin Əziz oğlu daşıyıcılar tərəfindən işdən azad edilib. Bununla yanaşı hər iki daşıyıcıya analoji halın baş verməməsi üçün zəruri tədbirlər görməsi ilə bağlı göstəriş verilib.

Qeyd edək ki, adı çəkilən sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair videomateriallar hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara təqdim ediləcək. Bununla yanaşı, Orxan Sultanov və Elçin Abbasovun gələcəkdə müntəzəm marşrut xəttində sürücü kimi işə qəbul edilməməsi üçün zəruri tədbirlər görülür.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir: "Bildiririk ki, qanunverciliyin tələbinə, təlimatlara əməl etməyən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sərnişinlərin həyatını təhlükəyə atan müntəzəm marşrut xətlərinin sürücüləri barədə bundan sonra da qətiyyətli tədbirlər görüləcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar