Xəbər lenti
Günəş partlayacaq və Yer kürəsini udacaq - Yaşamın dəhşətli sonuna mane olmaq üçün nə eməliyik?
Qalaktikamızın ən böyük ulduzu olan, Yer kürəsində həyatın qaynağı adlandırılan Günəş ən nəhayətində qırmızı nəhəng orbitini keçib şişərək dünyanı da tərkibinə qatacaq bir mövqeyə gələcək. Nə isə ki, bu proses üçün hələ 5 milyard il lazımdır. Ancaq birdən bu müddətə ehtiyac qalmasa? Ya Günəş bu prosesi sürətləndirərək ömrünün son illərini yaşamağa başlasa? O zaman Günəşin ömrünü uzatmaq üçün nələr edə bilərik?
Manevr.az publika.az-a istinadən bu sualların cavablarını bir neçə variantda təqdim edir.
Daha sürətli fırlanmaq
Günəşin daha sürətli fırlanması onun mərkəzdənqaçma qüvvəsi ilə sovrularaq ekvatordan şişməsinə səbəb ola bilər. Dolayısı ilə kütlə cazibəsinin mərkəz üzərində yaratdığı əzici qüvvə bir az azalar və beləliklə, mərkəzdə hidrogenin yanma prosesi yavaşladılmış olar. Bu da Günəşin yanacağını daha uzun müddət istifadə edə bilməsi, yəni daha çoz yaşaması deməkdir. Doğrudur, daha sürətli fırlanan bir ulduz eyni kütlədə yavaş fırlanana nisbətən daha uzun yaşayacaq. Ancaq onu lazım olandan çox fırlatmaq ulduzun parçalanmasına səbəb olar. Bunun üçün uyğun sürət dəyəri tapmaq lazımdır.
Burada önəmli olan daha bir nöqtə var. Ulduzun səthi ilə daxili eyni sürətdə fırlanmaya bilər. Yəni “ulduzu sürətli fırlatdıq, indi daha uzun yaşayacaq” fikri kökündən yanlışdır. Çünki onun daxili hələ də yavaş-yavaş fırlana bilər və bu mərkəz qaydaları üzərində heç bir şeyi dəyişdirmədiyiniz nəticəsini ortaya qoyar. Belə olub-olmadığını anlamaq üçün hidrogenin yanmasından ortaya çıxan neytronun sayında dəyişikliyin olub-olmamasına baxmaq lazımdır.
Kütləsindən oğurluq etmək
Bir ulduzun taleyini həll edən şey onun kütləsidir. Kütləsi nə qədər çox olarsa, ulduz yaranarkən o qədər çox mərkəzinə doğru çökmək istəyəcək. Əlbəttə, sıxılan qazın yaratdığı təzyiq onu bir nöqtədə saxlayacaq. Ancaq nə qədər çox kütlə olarsa, o qədər çox kütlə çəkimi, yəni daha çox sıxılma deməkdir. Mərkəz də çox sıxılan olarsa, hidrogenlərin toqquşub qısa müddətdə ulduzun yanacağını bitirmə ehtimalı artar. Bu da ulduzun qısa müddətdə enerjisini xərcləyib ölməsi anlamına gəlir.
Əgər hər hansı bir yolla Günəşin atmosferindən daimi olaraq maddə oğurlaya bilsəniz, kütləsi yavaş-yavaş azalacağı üçün mərkəzi bir az “rahatlayacaq”, dolayısı ilə enerjisindən daha uzun müddət istifadə edə biləcək. Yəni Günəşin enerjisindən qıtaraq onun daha çox yaşamasını təmin etmək olar. Təbii, bunun metodları hələ elmə məlum deyil. Ancaq onun səthindəki partlayışları şiddətləndirib sayını artırmaq mümkün olsa, bunun faydası ola bilər.
Bunu da xatırlatmaq lazımdır ki, ulduzun səthindən oğurlanan maddələr onun kütləsinə kəskin şəkildə təsir etməyəcək. Çünki ulduzun kütləsinin böyük bir qismi onun nüvəsində toplanıb.
Hidrogenin mərkəzə doğru çökməsini təmin etmək
Günəşin bir müddətdən sonra mərkəzdə istifadə edəcəyi hidrogen qalmayacaq. Dolayısı ilə hidrogenin yanmasından gələn şüalanma təzyiqinin yox olması ulduzun nüvəsinin çökməyə başlaması deməkdir. Ulduz çökdükcə mərkəzdəki istilik daha da artacaq. Ancaq bu istilik mərkəzdə toplanan heliumu yandırmadan öncə onun ətrafındakı bir qabıqda toplanan hidrogeni yandıracaq (düzdür, hidrogen tamamilə bitmir, yalnız biz qismi heliuma çevrilir). Yəni mərkəz istiliyi heliumu yandıracaq səviyyələrə çatmadan öncə asan bir şəkildə hidrogeni yandırır. Ancaq bu da bir müddət davam edəcək. Ən nəhayətində nüvə daha da çökərək heliumu yandıracaq səviyyəyə çatacaq. Bu nöqtədən sonra qərarsızlıqlar başlayacaq və addım-addım sona doğru gediləcək.
Hiderogenin yanması bitsə də, hidrogen bitməyəcək. Hidrogenin çox böyük bir qismi ulduz üzərində varlığını qorumağa davam edir. Əgər bir şəkildə bu hidrogenin mərkəzə çökməsini təmin edə bilsəniz, mərkəz istiliyi çox yüksək səviyyələrə çatıb ulduzun tarazlığını pozmadan öncə hidrogeni yandıraraq idarə etməyi təmin edə bilərsiniz.
Bunu bir də belə xəyal edə bilərsiniz: əlinizdə çox uzun bir fitil var və ucu bir bombaya bağlıdır. Ancaq bu fitil bombaya yaxın yerdən yanır. Qığılcımlar bombaya çatmadan öncə yanmayan fitili bomba ilə qığılcımın arasına salmanın bir yolunu tapmalısınız.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar