Xəbər lenti
Binəqədinin yeni icra başçısı kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elxan Allahverdiyev Kapital Bank-ın idarə heyətinin sədri Rövşən Allahverdiyevin qardaşıdır.
Ataları Şamil Allahverdiyev ölkənin məşhur geoloq, geologiya-mineralogiya elmləri doktoru olub. Şamil Allahverdiyev 1930-cu ildə Şərur rayonunun Yengicə kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin(İndiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirib. Həmin İnstitutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən İzotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100-ə qədər elmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. Şamil Allahverdiyev, 1998-ci ilin mart ayının 3-də Bakı şəhərində 67 yaşında vəfat edib.
****
Elxan Allahverdiyev bir müddət Fövqaladə Hallar Nazirliyində (FHN) çalışıb. O, Fövqəladə Hallar nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib, daxili xidmət polkovnik-leytenantıdır.
Bu gün saat 16:00-da yeni başçının kollektivə təqdim ediləcəyi gözlənilir.
Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb.modern.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar