Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mehman Hüseynov Ali Məhkəməyə gətirilmədi

Tarix: 05-06-2018 17:02     Baxış: 4215 A- / A+
Mehman Hüseynov Ali Məhkəməyə gətirilmədi

Bu gün Ali Məhkəmədə bloqqer Mehman Hüseynovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Manevr.az "Report"-a istinadən xəbər verir ki, , İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun, xüsusi ittihamçının və onun nümayəndəsinin məhkəmədə iştirak etmədiyi elan olunub.

Hakim bildirib ki, M.Hüseynovun məhkəməyə gətirilməsi ilə bağlı cəzaçəkmə müəssisəsinə məktib göndərilib, lakin müəyyən səbəblərə görə onu məhkəməyə gətirməyiblər.

M.Hüseynovun vəkili də M.Hüseynovun məhkəmədə iştirak etməsini istəyib.

Proses iyunun 25-dək təxirə salınıb.

Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib.

O, bloqqerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Daha sonra M.Hüseynov kassasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda kassasiya şikayəti qismən təmin olunub. M.Hüseynovun barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar