Xəbər lenti
Azərbaycan yolları keyfiyyətinə görə dünyada neçəncidi?
Azərbaycan avtomobil yollarının reytinqində 4,8 bal toplayaraq 36-cı yeri tutub.
Manevr.az bildirir ki, bu 2017-2018-ci illər Qlobal rəqabət qabiliyyətlilik indeksi versiyası üzrə ən yaxşı və pis yol infransturkuruna malik ölkələrin siyahısında əksini tapıb.
Reytinqdə 137 ölkə mövcuddur. Yolların keyfiyyəti 7 ballıq şkala üzrə həyata qiymətləndirilib.
Yol infrastrukturunun keyfiyyətinə görə Azərbaycan bir çox qonşu dövlətləri geridə qoyub: Ermənistan (85 yer - 3,7 bal), Gürcüstan (82 yer - 3,8 bal), Rusiya (114 yer - 2,9 bal), Qazaxıstan (115 yer - 2,9 bal), Ukrayna (130 yer - 2,4 bal). Türkiyə isə 5 balla 30-cu pillədə qərarlaşıb.
Dünyanın ən pis yolları: Mavritaniya (2 bal), Konqo Demokratik Respublikası və Haiti (hər ikisi 2,1 bal).
Reytinqə başçılığı Biləşmiş Ərəb Əmirlikləri (6,4 bal), Sinqapur (6,3 bal) və İsveçrə (6,3 bal) edirlər. İlk onluğa həmçinin Honkonq (6,2 bal), Niderland (6,1 bal), Yaponiya (6,1 bal), Fransa (6 bal), Portuqaliya (6 bal), Avstriya (6 bal) və ABŞ (5,7 bal) daxil olublar./trend
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar