Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qeyri-adi hadisə: müəllim valideynləri məhkəməyə verdi - VİDEO

Tarix: 01-06-2018 22:27     Baxış: 3408 A- / A+
Azərbaycanda qeyri-adi hadisə: müəllim valideynləri məhkəməyə verdi - VİDEO


Müəllim şagirdinin atası ilə nənəsini məhkəməyə verdi. Manevr.az bildirir ki, maraqlı hadisə Goranboyun Nizami kəndində yaşanıb. Həmin kənddəki məktəbin idman müəllimi Tehran Tağıyev dərs dediyi 5-ci sinif şagirdi Bakir Babayevin atası Arif Babayevi və nənəsi Tamella Babayevanı məhkəməyə verib. İdman müəllimi valideynlərdən 12 min manat təzminat tələb edir.

Tərəflər arasında yaranan mübahisəyə isə dərs zamanı topun cırılması səbəb olub. Müəllim yararsız hala düşən topu yenisi ilə əvəz etmək üçün Bakir Babayevdən 10 manat gətirməsini, əks halda oyuna buraxılmayacağını deyib.

Bakir Babayev təhsil ocağında baş verənləri valideyinlərinə danışdıqdan sonra uşağın atası nənəsi ilə birgə məktəbə yollanıb, müəllimə öz iradlarını bildiriblər. Babayevlər məsələnin həll edildiyini düşünsələr də, müəllim onları məhkəməyə verib.

Məktəbin direktoru Mədət Qurbanlı isə tərəflər arasında mübahisənin onun otağında davam etdiyini bildirib. O, tərəfləri sakitləşdirməyə cəhd etsə də, buna nail ola bilmədiyindən gözətçini cağıraraq müəllim və valideynləri məktəbin həyətindən uzaqlaşdırıb. Direktor onlar arasında yaranan mübahisənin illərdir davam etdiyini bildirib.

Hadisə ilə bağlı idman müəllimi Tehran Tağıyevin isə mövqe bildirməkdən imtina edib. Qeyd edək ki, iyunun 8-də Goranboy Rayon Məhkəməsində iddia üzrə ilkin baxış iclası keçiriləcək. /xezerxeber.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar