Xəbər lenti
Siqaret çəkənlərlə bağlı dəhşətli STATİSTİKA
Dünyada siqaret əleyhinə görülən tədbirlərə baxmayaraq, 2016-cı ildə təxminən 5,7 trilyon siqaret istehlak edilib.
Dünyada bir gün ərzində 16,5 milyard siqaret satışa çıxarılır. Orta hesabla təxminən 7 milyon insan zərərli vərdişin qurbanı olur. Təxminən 6 milyon nəfərin ölüm səbəbi siqaretdən çox istifadə hesab olunur. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hazırda 1,1 milyard insan siqaretdən istifadə edir.
Siqaretlə bağlı səbəblərdən həyatını itirən qadınların sayı təxminən 2 milyona çatıb. 33-ü Avropa ölkəsi olmaqla dünyanın 55 ölkəsində kişilərin ölüm səbəbinin ən azı beşdə biri siqaret vərdişi ilə əlaqədardır.
Yeniyetmələrdə siqaretdən istifadə konorar ürək xəstəliyi, ağciyər xərçəngi, o cümlədən ürək-damar sistemi və tənəffüs yolu xəstəliklərinə yol açır. Uşaqlarda ani ölümlərə səbəb olur, sonsuzluq xəstəliyinə gətirib çıxarır. Dünyada uşaqlar tütün ilə çirklənmiş hava şəraitində böyüyürlər. Siqaret çəkən insanların 80%-i inkişaf etməkdə olan ölkələrdə yaşayırlar. Siqaret istehlakının, bu ölkələrdə, dinamik iqtisadi inkişaf və davam etməkdə olan əhali artımına bağlı olaraq artdığı ehtimal edilir.
Məlumatlarda qeyd olunur ki, dünyada siqaretdən istifadə edənlər ən çox Çində yaşayır. Elə bu səbəblə ölümlər də ən çox bu ölkədə müşahidə olunur.
Dünyada siqaretdən istifadə edən 13-15 yaş aralığında 25 milyon uşaq var. Təxminən 13 milyonu isə tüstüsüz tütün məhsullarından istifadə edir. Tütün və siqaret istifadəsinin yeniyetmələr arasında ən geniş yayılmış olduğu ölkələr arasında Papua Yeni Qvineya, Ukrayna, Rumıniya, İtaliya, Argentina, Madaqaskar və Demokratik Konqo Respublikası qeyd olunur. Nigeriya və Seneqal kimi bəzi ölkələrdə hətta yeniyetmələr yaşlılardan daha çox tütün və siqaretdən istifadə edirlər.
37 ölkədə tütün məhsullarının reklamına vıə sponsiorluğuna qadağa qoyulub. Banqladeş, Hindistan, Hollandiya, Tayland və Vyetnamda xalqın təxminən 25%-i siqaretin ürək- damar xəstəliklərinə səbəb olduğunu bilmir. 78 ölkədə siqaret qutusunun üstündə yerli dillə xəbərdarlılıq yazısından istifadə olunur.
Siqaretin tərkibində təxminən 5 min kimyəvi maddə var. Bunlardan 90 maddə xərçəngə səbəb olur, digərləri də xərçəngə yol açır. Bu maddələr, selik və ağciyərlər tərəfindən sorulur. Siqaret çəkənlərdə, xüsusilə ağciyər,boğaz, ağız xərçəngi müşahidə olunur.Modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar