Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Polisin reydi zamanı sərxoş sürücü: "Pivə içmişəm ki, ağzım qurumasın"

Tarix: 27-05-2018 12:51     Baxış: 5249 A- / A+
Polisin reydi zamanı sərxoş sürücü: "Pivə içmişəm ki, ağzım qurumasın"

Astarada yol polisi bölməsinin əməkdaşları rayonun müxtəlif yerlərində sürücülərə qarşı reyd keçirib.

Manevr.az "Xəzər TV"yə istinadən xəbər verir ki, reyd zamanı 50 sürücü saxlanılıb. Yoxlamalarda içkili və sərnişindaşıma qaydalarını pozan sürücülərə rast gəlinib.

Reydin keçirilməsində əsas məqsəd sərxoş vəziyyətdə və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücüləri aşkarlamaq və bununla baş verə biləcək yol- nəqliyyat hadisələrinin qarşısını almaq olub.

Reyd zamanı müxtəlif qayda pozuntuları ilə yanaşı, polisin "saxla" əmrinə tabe olmayıb, avtomobili sərxoş halda idarə edən sürücülərə də rast gəlinib.

Sükan arxasında oturanların bəziləri isə sənədlərinin olmamasını etiraf edib. Saxlanılanlardan birinin 10 ildir ki, sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üzə çıxıb.

Reyd zamanı saxlanılan 50 sürücünün 20-si barəsində inzibati protokol tərtib olunub. Bəzi avtomobillər dayanacağa aparılıb. Bu kimi reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar