Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərsu”nun sabiq rəis müavini HƏBS OLUNDU - VİDEO

Tarix: 25-05-2018 15:59     Baxış: 3250 A- / A+
“Azərsu”nun sabiq rəis müavini HƏBS OLUNDU - VİDEO


Yanvar ayının 6-da Murad Eyvazov Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Elbrus adlı şəxsin ondan ərzaq məhsulları sifariş edib Qax rayonuna göndərilməsini istəmiş, həmin məhsulların pulunu verəcəyinə inandırıb, etibarından sui-istifadə edərək ona 2500 manat dəyərində maddi ziyan vurduğunu bildirib.

Manevr.az ARB Şəki-yə istinadən xəbər verir ki, məsələ araşdırılması üçün aidiyyatı üzrə Qax Rayon Polis Şöbəsinə göndərilib.

Qax və Göygöl polis şöbələrinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat nəticəsində axtarışda olan Bakı şəhər sakini Göygöl rayonu Mixaylovka kəndində saxlanılaraq Qax RPŞ-nə gətirilib.

Qax RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat tədbiri nəticəsində həmin şəxsin əvvəllər də dələduzluq maddəsi ilə məhkum olunmuş və cinayət məcəlləsinin müvafiq maddələri ilə barəsində axtarış elan olunmuş Bakı şəhər sakini Babək Vahid oğlu Həsənov olduğu müəyyən edilib.

İlkin istintaq zamanı məlum olub ki, Babək Həsənov 2017-ci ildə Bakı şəhər sakinləri Əliyev İlham Məmmədağa oğluna qarşı özünü "Azərsu MMC”nin əməkdaşı kimi təqdim edərək 16000 manatlıq, Bağırov Namiq Nizami oğluna qarşı isə özünü gömrük xidmətinin əməkdaşı kimi təqdim edərək 5000 manatlıq dələduzluq edib.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb.

Babək Həsənovun digər cinayət faktlarının törədilməsində iştirakının olub-olmaması arşdırılır.

Rayon Polis şöbəsinin məlumatına görə, Babək Həsənov ixtisasca hüquqşünasdır, əvvəllər "Azərsu ASC”nin hüquq departamentində rəis müavini işləyib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar