Sizin Reklam Burada
Xəbər lenti
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sürücülük vəsiqələri ilə bağlı VACİB YENİLİK

Tarix: 25-05-2018 11:23     Baxış: 3513 A- / A+
Sürücülük vəsiqələri ilə bağlı VACİB YENİLİK

Sürücülük vəsiqələri ilə bağlı qanunda dəyişiklik edilməsi layihəsi barədə xəbərləri artıq eşitmisiniz. Hazırda istifadə etdiyimiz vəsiqələrin 1968-ci il Vyana Konvensiyasına 2004-cü ildə edilən və 2011-ci ildən qüvvəyə minən yeni nümunayə uyğun olmaması (məlumatların sıralanma ardıcıllığının pozulması) və vəsiqədəki məlumatlarda latın əlifbasında olmayan hərflərin (ə, ı, ö, ü, ğ, ç, ş) transliterasiya edilmədiyi barədə əvvəllər yazmışdıq. Bu layihə həmin problemi həll edir".
Bu sözləri yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, layihə qəbul edilib qüvvəyə mindikdən sonra (yəqin ki, gələn ilin əvvəllərindən) sürücülük vəsiqələrimiz tam olaraq Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyasına uyğun olmaqla veriləcək:

"Layihədə Konvensiyaya uyğun olaraq sürücülük kateqoriyalarına yeni altkateqoriyalar (B1, C1, D1, C1E, D1E) əlavə olunur. Bunlar müxtəlif tip nəqliyyat vasitələrinin fərqli kateqoriyalarının idarə edilməsi hüququnu dəqiqləşdirməyə yönəlib (məsələn, B1 altkateqoriyası hazırda dünyada geniş yayılan kvadrisiklləri, D1 16-yadək sərnişin yeri olan mikroavtobusları idarə etmək üçündür)".

Mütəxəssis qeyd edir ki, layihədə başqa maraqlı məqamlar da var. Məsələn, trisikl və kvadrisikllərin hüquqi statusu aydınlaşdırılır:

"Yeni nümunəli sürücülük vəsiqələrində vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi (FİN-kod), onun barəsində xüsusi məhdudiyyətlər (məsələn, nəqliyyat vasitəsini yalnız eynəklə idarəetmə barədə qeyd, ona xüsusi təchizata malik "Əlil" tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd) də olacaq".baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar