Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda uşaq məktəb adı ilə evdən çıxıb və geri qayıtmayıb - FOTO

Tarix: 25-05-2018 08:29     Baxış: 3330 A- / A+
Azərbaycanda uşaq məktəb adı ilə evdən çıxıb və geri qayıtmayıb - FOTO


Şabran rayonunda 14 yaşlı məktəbli itkin düşüb.

Manevr.az bildirir ki, rayonun 2004-cü il təvəllüdlü Ağbaş kənd sakini Ələkbərov Röyal Rüfət oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Yaxınları Röyalın yoxluğundan axşam saatlarında xəbər tutduqlarını bildiriblər. Uşağın evə qayıtmadığını görən anası Vüsalə Ələkbərova onun oxuduğu məktəbin müəllimləri ilə əlaqə saxlayıb və məlum olub ki, o heç həmin gün dərsdə iştirak etməyib. Onlar Röyalın son vaxtlar kefsiz olduğu bildiriblər.

Həmçinin qeyd olunur ki, o, itkin düşməmişdən bir gün qabaq da dərsdən çıxıb, evə gəlməyib. Bunu görən babası onu axtarmağa başlayıb və Röyalı Siyəzən rayonundakı internet klublarından birində tapıb. Kişi uşağa acıqlanaraq onu vurub. Röyal evə gəldikdən sonra anası da onu möhkəm danlayıb. Səhəri gün Röyal özünə aid böyük çərçivədə olan şəklini də götürərək məktəb adıyla evdən çıxıb və geri qayıtmayıb.

İndi ailə üzvləri onun axtarışına çıxıblar.

Röyal Siyəzən şəhər ümumi orta internat məktəbinin 9-cu sinif şagirdidir və ailənin yeganə övladıdır. Hazırda Şabran rayon Polis şöbəsi tərəfindən itkin düşən şəxsin axtarışlarına başlanılıb./report.az

Azərbaycanda uşaq məktəb adı ilə evdən çıxıb və geri qayıtmayıb - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar