Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Çində boşanmaq istəyənlər imtahan verəcək

Tarix: 24-05-2018 10:26     Baxış: 4214 A- / A+
Çində boşanmaq istəyənlər imtahan verəcək



Çinin Syansu əyalətində boşanmaq istəyən cütlüklər xüsusi imtihan verməli olacaq. Həmin imtahanın nəticələri onların gələcək aqibətini müəyyən edəcək.

Manevr.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Nikahın ləğv olunması üçün ərizə vermiş şəxs həyat yoldaşı barədə 100 sualı cavablandırmalı olacaq. Xüsusilə, testdə ərizəçi həyat yoldaşının doğulduğu tarixi, hansı yeməyi daha çox sevdiyini göstərməlidir.

Bundan başqa boşanmanı rəsmiləşdirəcək səlahiyyətli qurum ər-arvadın nikah ərzində neçə dəfə birgə səyahətə yollandığını , sevgi münasibətlərinin nə qədər müddət çəkdiyini, ailədə ev işlərinin hansı şəkildə bölüşdürüldüyünü öyrənir.

İmtahanda 60 faizdən çox nəticə qeydə alındıqda, qurum cütlüyə boşanma qərarını yenidən götür-qoy etmələri üçün vaxt verir. Nəticə 60 faizdən aşağı olduqda bu nikahın ciddi təhlükədə olduğunu göstərir və boşanma qeydiyyata alınır.

Bir çox çinlilər yeni qaydanı sərt tənqid atəşinə tutub. Onlar bunun bir növ şəxsi həyata müdaxilə olduğunu hesab edir.\oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar