Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Çovdarov danışmadı: "Gələn dəfəyə qalsın"

Tarix: 23-05-2018 19:38     Baxış: 3277 A- / A+
Çovdarov danışmadı: "Gələn dəfəyə qalsın"


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə davam edib.


Manevr.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəkillərin qaldırdığı vəsatətlər müzakirə edilib.

Hakimlər kollegiyası vəsatətLəri təmin etməyib.

Daha sonra prosesdə Akif Çovdarovun vəkili Kamandar Nəsibov çıxış edib. O, müvəkkillinə verilən ittihamların əsassız olduğunu deyib. Vəkil Kamandar Nəsibov Çovdarova bəraət tələb edib.

Prosesdə Səlim Məmmədovun vəkili Elçin Sadıqov da çıxışına əlavələr edib. O da Kamandar Nəsibov kimi müvəkkilinə bəraət tələb edib.

Prosesdə Çovdarova söz verilsə də, o gələn proses danışacağını qeyd edib.
Proses mayın 25-də davam edəcək.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib./lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar