Xəbər lenti
Laçın sakinlərindən “Qaçqınkom”un sədrinə şikayət: İcra başçısı deyir ki, gedin kirayədə qalın...
Mayın 18-də Laçının işğalından 26 il ötdü. Ötən bu 26 ildə laçınlılar nə çəkir, hamıdan çox onu bir Allah bilir, bir də özləri. Qaradağ rayonu Qobustan qəsəbəsindəki “Avtobaza 5” ünvanında yaşayan qaçqınlar deyir ki, laçınlıların çəkdiyini heç Allah da götürməz, amma “Qaçqınkom”un keçmiş sədri Əli Həsənov vəzifədə olduğu illər ərzində bu zülmü görməməzlikdən gəlib.
Sakinlər fəryad edərək bildirirlər ki, Laçın işğaldan azad edilsin gedib orda çadırda yaşamağa hazırıq, amma burda gürzə ilanları ilə bir evdə yox:
Xudaverdiyev Məzahir Ələkbər oğlu deyir ki, 2008-ci ildən bu ünvanda yaşayır, amma buna yaşamaq deyilərsə: “2008-ci ildən bu ünvanda yaşayıram. İki övladım var. Yaşayışımızın dözülməz olmasıyla bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsək də, heç bir nəticə yoxdur. Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli ilə Ümid qəsəbəsində laçınlılarla görüşündə bildirdim ki, evdən ilanlar çıxır, burda yaşaya bilmirik. İcra başçısı dedi ki: “Get, kirayədə yaşa” Dedim ki, mənim maddi imkanım yoxdur. İcra başçısı da köməkçisinə tapşırdı ki, maddi köməklik edilsin. Amma yalandan ərziyə yazdırıb yola saldılar. Evlərin damı bərbad vəziyyətdə olduğundan yağış yağanda su evinə içinə tökülür. Nə qədər həşərat var hamısı evə dolur. Belə bir şəraitdə uşaq saxlamaq olarmı? Onlar sabahın əsgərləridirlər, amma indidən xəstəliyə düşürlər. Gecə yatdığımız yerdə evə gürzə ilanı girmişdi, xoşbəxtlikdən yuxudan vaxtında oyandığımız üçün evdən çıxa bildik. Dəfələrlə “Qaçqınkom”un keçmiş sədri Əli Həsənova müraciət etsək də, heç bir tədbir görülmədi. Xahiş edirik bizi yaşamaq üçün normal bir yerə köçürsünlər”.
Laçın sakini Musayev Ziyadxan Musa oğlu da adı çəkilən problemdən şikayətçidir: “Mən də burda yaşayıram. Evimiz bərbad vəziyyətdədi. Dörd övladım var. Evdə ilan balaları gəzir. Uşaqlarımıza görə narahadıq. Gəlsinlər baxsınlar, əgər burda adam yaşaya bilərsə, biz yaşayarıq. Avtobazanın həyətində yerləşmişik. Burda avtomobillərə görə uşaqlarımızı da bayıra buraxa bilmirik. Xahiş edirik bizim səsimizə səs versinlər”.
Heydərov Fazil Qaytaran oğlu da evinin qarşısında açılan kafeyə görə həyətə çıxa bilmədiklərini deyir: “Laçın sakini Bizim vəziyyətimiz çox pisdir. Bizimlə heç kim maraqlanmır. Burda dörd ailə yaşayırıq və yaşayımız çox pis vəziyyətdədir. Divarlar hamısı çat verib. Evinə içinə keçir. Nəmişlikdən xəstəlik tapmışıq. Hər dəfə öz vəsaitimiz hesabına təmir edirik, amma xeyri yoxdur. Evimizin yanında kafe açıblar qız-gəlin bayıra çıxa bilmir. Hara da şikayət edirik baxan yoxdur. Xahiş edirik biz dörd ailəni heç olmaya normal şəraiti olan bir yerə köçürsünlər”. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar