Xəbər lenti
Məhkəmələrimizdə icraçılarla və aliment borclarının ödənilməsi ilə bağlı ciddi problemlər var
Ələsgər Məmmədli: “Məhkəmə qərarlarının icrasıyla bağlı konkret olaraq qanunvericilikdə müddəalar var və ona uyğun olaraq xəbərdarlıq və ya cinayət işi açılmalıdır”
Bu gün məhkəmələrimizdə məhkəmə qərarlarının icrası və xüsusən də aliment borclarının ödənilməsi ilə bağlı ciddi problemlər var. Məhkəmə icraçıları icra etdikləri məhkəmə qərarlarını çox vaxt öz maraqlarına uyğun olaraq icra edirlər.
Hüquqşunas Ələsgər Məmmədli açıqlamasında bildirib ki, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəalar icra edilmədiyindən bu cür problemlər ortaya çıxır:
“Bu gün məhkəmələrimizdə icraçılarla bağlı vəziyyət çox bərbaddır. Ölkədə məhkəmə qərarlarının son statistikaya görə 27-27 faizi icra olunur və qalan məhkəmə qərarları icra olunmur. Bu da konkret olaraq məhkəmənin etibarlılığına və cəmiyyətdəki nüfuzuna böyük zərərdir. Çünki məhkəmə qərar qəbul edir, amma icra başdan ayağa başqa bir sferadır və məhkəmə artıq o qərarların icrası ilə bağlı geri çəkilir. Əslində bu belə olmamalıdır. Məhkəmə qərarlarının icrasıyla bağlı konkret olaraq qanunvericilikdə müddəalar var və ona uyğun olaraq xəbərdarlıq və ya cinayət işi açılmalıdır. Sadəcə olaraq bu proseduru nə məhkəmələr, nə də prokuratura işlədir. Nəticə etibarı ilə də məhkəmə icraçıları öz maraqlarına xidmət edən yanaşma göstərirlər”. moderator.az
Hüquqşunas bu məsələlərdə vətəndaşların maariflənməsinin də vacibliyini vurğulayıb:
“Vətəndaşların isə ən böyük problemi maariflənmə və hüquqi yardım almamasıdır. Ölkədə insanlarımız yetərincə hüquqi yardım almırlar. Bundan başqa ölkədə və bölgələrimizdə vəkil sayı azdır. Ən böyük problem hüquqi yardım almanın pozulmasıdır. İcra strukturlarının da toxunulmazlığı bu problemin daha da böyüməsinə səbəb olur”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar