Xəbər lenti
Prezident bu həftə bu sərəncamı imzalayacaq
"Prezident yanında Əfv Məsələləri Komissiyası keçən həftə iclaslarına yekun vurub. Yəqin ki, bu həftə ərzində əfv sərəncamı ölkə başçısı tərəfindən imzalanacaq".
Manevr.az xəbər verir ki, bunu "qafqazinfo"ya açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib.
O xatırladıb ki, komissiyanın iclasları fevralda başlayıb, mayda yekunlaşıb: "Bu müddət ərzində 1500-ə yaxın müraciətə baxılıb. Ümumi rəy ondan ibarətdir ki, bu dəfə veriləcək əfv ən genişmiqyaslı sərəncam olacaq. Bu, amnistiyaya bərabər səviyyədə olan əfv sərəncamı olacaq. Artıq siyahı yekunlaşıb və tövsiyə xarakterli rəy ölkə başçısına təqdim olunacaq. Yəqin ki, bu həftə ərzində əfv sərəncamı imzalanacaq".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar