Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni icra başçısı kimin oğludur?

Tarix: 19-05-2018 14:55     Baxış: 3322 A- / A+
Yeni icra başçısı kimin oğludur?
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Rövşən İbrahimov kollektivə bu gün təqdim edilir.
İcra hakimiyyətindən Axar.az-a verilən məlumata görə, icranın kollektivinə yeni başçının təqdimatı saat 12-də başlayıb. Tanışlıq tədbirində keçmiş icra başçısı Natiq Aslanovun müavinləri və köməkçisi də iştirak edir.
Qeyd edək ki, yeni təyin edilən Naftalan ŞİH başçısı R.İbrahimovun yaşı, təhsili və təcrübəsi ilə bağlı heç bir məlumat yoxdur.

R.İbrahimovla bağlı məlum olan yeganə fakt onun neftçi olmasıdır. O, 19 sentyabr 2014-ildə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə prezident sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Digər maraqlı məqam isə onun məşhur neftçi Hüseyn İbrahimovun oğlu olması ehtimalıdır.

1951-ci ildə Laçın rayonunun Ayıbasar kəndində anadan olan H.İbrahimov 1967-ci ildən Bakının neft hasil edən müəssisələrində çalışıb. Sovet neftçisidir. Qazaxıstan Respublikasının Karaqandin vilayətindən XI çağırış (1984-1989) SSRİ Ali Sovetinin Milli Şurasının deputatı seçilib.

XII çağırış (1989-1991) SSRİ xalq deputatı, SSRİ Ali Sovetinin üzvü olub.

Naftalan İH-dən Rövşən İbrahimovun Hüseyn İbrahimovun oğlu olub-olmadığını da bilmədiklərini qeyd etdilər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar