Xəbər lenti
Ermənistan vətəndaşı ağ bayraqla Azərbaycana keçmək istədi
Ermənistanın Tavuş vilayətinin Verin Karmiraxbyur kəndinin 1975-ci il təvəllüdlü sakini Azərbaycanla sərhədi keçməyə çalışıb.
O, öz köynəyini ağ bayraq kimi istifadə edib.
Məlumatlara görə, mayın 1-də baş verən hadisənin qarşısı erməni sərhədçiləri tərəfindən alınıb.
Bildirilib ki, Karmiraxbyur orta məktəbini bitirdikdən sonra həmin şəxs Rusiya hərbi peşə məktəbinə daxil olub. O, uzun müddət Qazaxıstanda yaşayıb, Qazaxıstan və Ermənistan vətəndaşlığını daşıyır, iki uşağı var.
Təxminən bir ay əvvəl o, anasının yaşadığı Verin Karmiraxbyura qayıdıb. O, sərhədçilərə bildirib ki, Azərbaycan tərəfinə Qarabağın erməni torpağı olduğunu sübut edən sənədlər vermək istəyirmiş.
Həmin şəxsin psixi pozğunluğunun olduğu bildirilib.
Onun işi ilə hərbi polis və Ermənistan Milli Təhlükəsizlik Xidməti məşğul olur. 12 və ya 13 mayda Qazaxıstana uçmaq üçün İrəvan aeroportuna gələn şəxs naməlum səbəblərdən biletini cırıb və kəndinə qayıdıb.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar