Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

4 azyaşlı qan parçalanması səbəbi ilə xəstəxanaya yerləşdirildi

Tarix: 18-05-2018 12:33     Baxış: 4440 A- / A+
4 azyaşlı qan parçalanması səbəbi ilə xəstəxanaya yerləşdirildi


Cənub bölgəsində 4 azyaşlıda qanın parçalanması-favizm xəstəliyi aşkarlanıb.

Manevr.az xəbər verir ki, Masallı rayon sakini, 2012-ci il təvəllüdlü Mustafa Mahir oğlu Əliyev, Lənkəran şəhər sakini, 2015-ci il təvəllüdlü Əli Vüsal oğlu Axundov, Lənkəranın Yuxarı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Zeynəb Xanbaba qızı Əlizadə və Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərsadiq Tofiq oğlu Məmmədov vəziyyətlərinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Uşaq şöbəsinə yerləşdirilən azyaşlılar həkimlər tərəfindən müayinə olunduqdan sonra onlara Favizm (qanın parçalanması) diaqnozu qoyulub. İlkin məlumata görə, bu hal paxladan hazırlanmış qida qəbul etdikdən sonra baş verib.

Azyaşlılara qan köçürülməsi ehtiyacı yaranıb, onlara qan vurulub, müalicələri davam etdirilir.

Bundan əvvəl daha iki uşaq eyni vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə gətirilib. Onlardan biri müalicə olunduqdan sonra evə buraxılsa da, digəri ağır vəziyyətdə Bakıya, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərilib.

Mütəxəssislər bildirib ki, favizm irsi defekt nəticəsində qanda parçalanma yaranması ilə müşahidə olunan xəstəlikdir. Azərbaycanın bir sıra, o cümlədən cənub bölgəsində yayılıb. Bəzi qida məhsulları, xüsusilə paxlalıların qəbulu zamanı bu xəstələrin vəziyyəti pisləşir./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar