Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda şəxsiyyət vəsiqəsi ilə yeni fırıldaq – Oxuyun ki, aldanmayasınız

Tarix: 18-05-2018 11:23     Baxış: 4488 A- / A+
Bakıda şəxsiyyət vəsiqəsi ilə yeni fırıldaq – Oxuyun ki, aldanmayasınız

Paytaxtda şəxsiyyət vəsiqəsi ilə müəyyən elektronik avadanlıqları kirayə verənlər yeni fırıldaqçılarla qarşılaşıblar.
Fotoaparat, “Playstation” oyun konsulu kimi elektronik avadanlıqlar bir neçə günlüyə icarəyə vermək ənənəsi var. Bu zaman mal sahibi icarədardan sadəcə şəxsiyyətini təsdiq edən sənədi girov kimi alır. İcarəyə götürən də, həmin avadanlıqları sahibinə geri qaytaranda öz şəxsiyyət vəsiqəsini geri götürür.

Məsələn, facebook istifadəçisi Samin Zəfəroğlunun dostu da öz playstation konsulunu bu yolla Alim Səmədova kirayə verib, əlindəki şəxsiyyət vəsiqəsinə güvənərək konsulun qaytarılacağına inanıb. Ancaq Samin iddia edir ki, Alim adlı şəxs möhlət verilmiş vaxt keçəndən sonra qeybə çəkilib. Onun öz əlaqə vasitəsi kimi verdiyi nömrə də başqasına aid olub.

İndi zərərçəkən şəxs öz oyun konsulunu tapmaq üçün polisə müraciət etməli olacaq. Ancaq bu məqamda heç də qanun onun yanında deyil. Çünki şəxsiyyət vəsiqəsinin girov saxlanılması “Şəxsiyyət vəsiqəsi” və “Pasportlar haqqında” qanunla qadağan edilib. İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin qanunsuz alınmasına və ya girov götürülməsinə görə – 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.

Polis eyni zamanda şəxsiyyət vəsiqəsini dəlil kimi qəbul etmir, onlar arasında yazılı müqavilə olmadığı üçün faktı təsdiqlətmək mümkün olmur. Fırıldaqçı isə şəxsiyyət vəsiqəsinin itdiyini iddia edərək, sadəcə ASAN Xidmətə müraciət etməsi kifayətdir ki, özünə yeni vəsiqə ala bilsin. Dələduzluq şikayəti ilə polisə çağırılsa belə, sadəcə “şəxsiyyət vəsiqəmi itirmişdim” deməklə yaxasını qurtara bilər.

Beləliklə mal sahibləri haqlı ikən haqsız vəziyyətə düşürlər. Ekspertlərin sözlərinə görə, avadanlıqların bir neçə günlük kirayə verilməsi əməliyyatında başqa cür sövdələşmə əldə edilməlidir. Ən yaxşısı isə rəsmi şəkildə bağlanmış yazılı müqavilədir.minval.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar