Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda məktəbin xanım direktor müavini cinayətdə ittiham olunur - FOTO

Tarix: 17-05-2018 17:39     Baxış: 4406 A- / A+
Bakıda məktəbin xanım direktor müavini cinayətdə ittiham olunur - FOTO

Binəqədi Rayon Məhkəməsində dələduzluqda ittiham olunan 2 nəfər barəsində məhkəmə prosesi başlayıb.
Cinayət məcəlləsinin 178.2.1-ci (dələduzluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Məhərrəmov Elmir Məmməd oğlu və Əjdərzadə Samirə Məhəmməd qızının məhkəmə prosesinə hakim Mirheydər Zeynalov sədrlik edir. Cinayət işində zərərçəkən qismində Xəlilov Tural Tahir oğlu tanınıb.
Qeyd edək ki, təqsirləndirilən Əjdərzadə Samirə Məhəmməd qızı Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Belə ki, S.Əjdərzadənin hazırda da həmin məktəbin direktor müavini vəzifəsində işləməsi ilə bağlı 149 saylı məktəbin direktoru Rəhilə Baxşıyeva ilə əlaqə saxladıq. Rəhilə Baxşıyeva bildirdi ki, Samirə Əjdərzadə ötən ildən məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib, aprel ayının 9-dan isə bülletendədir. Anası vəfat etdikdən sonra ürəyində problemlər yaranıb, müalicə alır. Həmçinin Rəhilə xanım, S.Əjdərzadə barədə hər hansı cinayət işinin başlanıb-başlanılmamasından xəbərsiz olduğunu da qeyd etdi.olke.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar