Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

700 bal toplayan tələbəmiz: "ATAM SÜRÜCÜ, ANAM İSƏ XADİMƏDİR" - FOTO

Tarix: 16-05-2018 11:59     Baxış: 4271 A- / A+
700 bal toplayan tələbəmiz: "ATAM SÜRÜCÜ, ANAM İSƏ XADİMƏDİR" - FOTO

Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Manevr.az baku.ws-ə istinadən xəbər xəbər verir ki, keçirilən imtahanlarda 7abituriyent 700 bal toplayıb. Onlardan biri də Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənovadır.

İlk öncə Şahxanım Həsənovanın təhsil aldığı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Dadaş Babazadə açıqlamasında bildirdi ki, yüksək nəticə göstərən abituriyent Suraxanı qəsəbəsinin sakinidir. Onun sözlərinə görə, Ş.Həsənova davamiyyətli və dərslərə məsuliyyətli şagird olub.

"Onun bir bacısı Ülkər Həsənova bizim məktəbi bitirib və 580 bal ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. Qardaşı Almas Həsənov isə məktəbimizin 7-ci sinifində təhsil alır. Almas da dərslərə məsuliyyətli yanaşır və əlaçıdır", - deyə Dadaş Babazadə bildirib.

Qeyd edək ki, bu il 89 saylı məktəbi bitirən 5 şagirdi yüksək nəticələr göstərib. Məzunlardan Ş.Həsənova – 700 bal, Aytac Məmmədova – 675 bal, Fidan Abdullayev – 634 bal, Bilqeys Ağayeva – 567 bal, Lalə Dadaşova – 524 bal toplayıb.

İmtahanda yüksək nəticə göstərən Şahxanım Həsənova BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırlıq müddətində məktəbin müəllimlərinin yanına gedib. Onun sözlərinə görə, əlavə müəllim tutmayıb.

"Müəllimlərimdən dəstək və kömək almışam. Dərsdən sonra müəllimlərimin yanına hazırlığa getmişəm", - deyə Şahxanım Həsənova bildirib.

Onun sözlərinə görə, dərs prosesi gərgin olub: "Əyləncəyə yer verməmişəm. Həmişə sosial şəbəkələrdən uzaq olmuşam. İmtahana gedən günü də, səhər yuxudan durub test həll etdim".

Şahxanım Həsənova deyir ki, hüquq fakültəsinə daxil olub, hakim olmaq istəyir: "Arzum ədalətli hakim olmaqdır".

Şahxanım Həsənova şəkil çəkdirməyi də sevmir. Onun atası Aydın Həsənov sürücü, anası Şərafət Həsənova isə xadimə işləyir.
700 bal toplayan tələbəmiz: "ATAM SÜRÜCÜ, ANAM İSƏ XADİMƏDİR" - FOTO
700 bal toplayan tələbəmiz: "ATAM SÜRÜCÜ, ANAM İSƏ XADİMƏDİR" - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar