Xəbər lenti
İşdən çıxarılan general danışdı: “Kim deyir ki…”

Bəzi mətbu orqanlarda işdən çıxarılan keçmiş nazirlərin, komitə və xidmət rəislərinin istintaqa cəlb ediləcəyi, sabiq məmurlar üçün həbs təhlükəsinin yarandığı ilə bağlı informasiyalar dərc edilir.
Bu sırada Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-mayor Firudin Nəbiyevin də adı çəkilir.
Sabiq xidmət rəisi azxeber.com-a bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur: “Kim deyir ki, məni həbs ediblər?! Bu xəbərləri yayanlar kimlərdisə, gedin onlardan soruşun bu informasiyanı haradan alıblar? Çox təəssüf ki, bəzi mətbuat orqanlarında bu cür əsassız, heç bir həqiqət yükü olmayan informasiyalar vaxtaşırı olaraq dərc edilir”.
Hazırda istirahət etdiyini deyən sabiq xidmət rəhbəri söylədi ki, bu kimi dezinformasiyalara önəm vermək lazım deyil: “Hər şey qaydasındadır. Evimdəyəm, zamanımın çoxunu istirahətə ayırıram. Heç bir problem yoxdur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar