Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kişilərin doğuşda iştirakına münasibətiniz necədir? - Bakıda sorğu

Tarix: 14-05-2018 21:26     Baxış: 3286 A- / A+
Kişilərin doğuşda iştirakına münasibətiniz necədir? - Bakıda sorğu


2007-ci ildə səhiyyə nazirinin əmri ilə Azərbaycanda da doğuş zamanı qadının yaxınlarından bir nəfərin əməliyyatda iştirakına icazə verilir və xidmət tamamilə pulsuzdur. Bəs Bakı sakinləri gələcək ataların doğuşda iştirakına necə baxır?

Manevr.az xəbər verir ki, "ACT Azərbaycan" bunu öyrənməyə çalışıb.

Respondentlərin böyük əksəriyyəti kişilərin doğuşa qatılmasının əleyhinədir (62 %). Bu addım xüsusilə bəylər tərəfindən bəyənilmir (69 %).

Bununla belə, rəyi öyrənilmiş paytaxt əhlinin beşdə biri kişilərin xanımları ilə birlikdə doğuşa girməsini dəstəkləyir (21 %). Xüsusilə xanımlar bəylərini çətin anda yanlarında görmək istəyir (33 %).

Məsələni yaranmış vəziyyətə görə dəyərləndirənlər sorğuda 13 % səs toplayıb.

4% respondent sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar