Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat: DİM-in açıqladığı nəticələr araşdırılmalıdır

Tarix: 14-05-2018 16:35     Baxış: 2316 A- / A+
Deputat: DİM-in açıqladığı nəticələr araşdırılmalıdır

Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin az qala yarısının 200-dən az bal toplaması çox düşündürücü və narahatedici bir məsələdir.

Manevr.az-ın məlumatına görə, bunu oxu.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, əslində, bu göstərici minimum dərəcədə aşağı olmalı idi, ancaq çox təəssüflər olsun ki, ortada belə bir reallıq və acı mənzərə var:

“Bildiyiniz kimi, təhsil, onun inkişafı hər bir millətin, xalqın başlıca hədəflərindən, prioritetlərindəndir.

Çünki təhsilsiz cəmiyyət inkişafsız cəmiyyət deməkdir. İnkişafın, islahatların, çiçəklənmənin, tərəqqinin kökündə, özülündə məhz təhsil dayanır.

Təhsilsiz inkişafı düşünmək özü mümkünsüz olan bir şeydir.

Tarixə də nəzər yetirsək, görərik ki, o cəmiyyətlər, o toplumlar, o xalqlar və dövlətlər ki, təhsilə böyük önəm veriblər, hər zaman onlar qazanınblar, uğur, öncüllük əldə ediblər.

Konkret olaraq, İkinci Dünya Müharibəsində iki ölkə - Almaniya və Yaponiya müharibəni uduzdu, müharibədən iflas vəziyyətində çıxdı.

Ancaq onlar olan-qalan bütün vəsaitlərini, olmayan büdcələrini bütövlükdə təhsilə yönəltdilər və qısa zmanda məğlubiyyət sindromundan, mənəvi çöküşdən xilas oldular, dünyada inkişaf səviyyəsinə görə daha ön mövqelərə ucaldılar və bu gün də dünyanın ən qabaqcıl, ən inkişaf etmiş ölkələri sırasında uğurla addımlamaqdadırlar.

Yəni, inkişaf üçün təhsilin önəmi sözlə ifadə edilməyəcək dərəcədə vacibdir, əhəmiyyətlidir və lazımlıdır”.

E. Səlimov hesab edir ki, Azərbaycanda təhsilin inkişafına, gələcək nəslin daha sağlam və daha savadlı, daha bilikli böyüdülməsinə mühüm önəm verilir, ciddi diqqət və qayğı göstərilir.

“İstər böyük siyasət və dövlət adamı olan mərhum prezidentimiz Heydər Əliyevin dövründə, istərsə də onun siyasətinin layiqli davamçısı olan ölkə prezidenti İlham Əliyevin 15 illik hakimiyyəti dövründə təhsilin inkişafına çox böyük diqqət yetirilib, bu istiqamətdə bütün addımlar atılıb və atılmaqdadır.

Eyni zamanda, Heydər Əliyev Fondu və onun prezidenti, ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə ölkədə təhsilin inkişafı yönündə misilsiz addımlar atılmaqdadır.

Buna tək bir fakt kimi, “Yeniləşən Azərbaycana - Yeni məktəb” layihəsini göstərmək kifayətdir ki, mənzərə tam aydın olsun.

Yəni, təhsilin inkişafı, savadlı gəncliyin təminatı Azərbaycan dövlətinin, şəxsən dövlət rəhbəri İlham Əliyevin birbaşa nəzarətində və diqqətindədir.

Təhsilin inkişafı ölkəmizdə Qarabağ, ərazi bütövlüyü, milli təhlükəsizlik məsələsi qədər vacib və prioritet məsələlərdəndir, bu sırada birincilərdəndir.

Təsadüfi deyil ki, cənab prezident özünün bütün çıxışlarında təhsilin inkişafına böyük yer ayırır, ən vacib, ən əhəmiyyətli kapitalın insan kapitalı, insana yönələn kapital olduğunu bildirir.

Yəni, deməkdə məqsədim odur, bəlkə də, dünyada, regionumuzda Azərbaycan qədər təhsilin inkişafına bu qədər fikir verən, kapital, sərmayə yatıran ikinci bir ölkə yoxdur və bunun da müsbət nəticələri özünü göstərməkdədir.

Amma bununla belə, görünür ki, təhsilimizdə hələ də həllini gözləyən məsələlər, problemlər var.

Bu problemlər nə qədər tez və vaxtında araşdırılıb, tapılıb, təhlil və həll edilsə, bir o qədər yaxşı və məqsədəuyğun olar.

Elə sahələr var və ola bilər ki, orada müəyyən problemlərin həllini gözlətmək, sonraya saxlamaq olar, ancaq təhsil elə bir sahədir ki, orada bir an olsun belə gecikməyə, arxayınçılığa yol vermək olmaz.

Problem varsa, dərhal vaxtında və yerində həll olunmalıdır.

Onu da qeyd edim ki, ölkə prezidentinin rəhbərliyi ilə kadr və struktur islahatları aparılmaqdadır.

Sonuncu seçkilərdən sonra bu istiqamətdə yeni mərhələyə start verilib.

Təhsil sektoruna yeni rəhbərlik gətirilib, gənc, işgüzar və perspektivli kadr kimi Ceyhun Bayramov belə bir önəmli və strateji sahəyə rəhbər təyin olunub.

Bu baxımdan, inanıram və əminəm ki, təhsil sahəsində keçmiş nazir Mikayıl Cabbarovun dövründən başladılan islahatlar prosesi onun nazirlik dönəmində də daha inamla, daha sürətlə aparılacaq, davam etdiriləcək və çox qıza zamanda bizi üzən, narahat edən məlum faktlar öz müsbət həllini tapacaq, təhsilimizdəki problemlər yoluna qoyulacaq.

Ancaq bir daha qeyd edirəm ki, Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələr hamımızı narahat edir və bu narahatlıqlar da aidiyyəti qurum tərəfindən tezliklə araşdırılıb, təhlil edilib, aradan qaldırılmalıdır.

Düşünürəm ki, məhz belə də olacaq”, - deyə millət vəkili əlavə edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar