Xəbər lenti
Gözləri gözəl göstərmək üçün bunları edin
Böyük gözlərə sahib olmaq bütün qadınların istəyidir. Kiçik gözlü xanımlar isə düzgün makiyaj vasitəsilə daha böyük gözlərə sahib ola bilərlər.
Manevr.az bu makiyaj sirrlərini sizlərə təqdim edir:
Qaşlar
Qaşlarınızı qaş qələmi və ya göz kölgənizdə olan saçınıza ən uyğun rənglə doldurun. Çünki qaşlar gözlərin daha yaxşı görünməsinə imkan yaradır.
Ağ göz qələmi
Alt göz qapağınıza qara yox, ağ qələm çəkin. Ağ göz qələmi gözləri böyük göstərir.
Aydınladıcı
Göz makiyajından əvvəl göz qapağınıza aydınladıcı vurun. Bu zaman göz makiyajı daha çox qalır.
Sürmə
Sürməni qalın, yoxsa incə və uzun çəksəniz gözləriniz olduğundan böyük görünər? Bunu bilmək üçün hər iki formanı da yoxlamalısınız. Bununla siz öz göz quruluşunuza uyğun sürmə çəkmək qaydasını tapacaqsınız.
Kirpiklər
Gözlərin məna qazanması üçün kirpiklərin təsiri böyükdür. Kirpiklərinizə tuş çəkməmişdən əvvəl kirpik qatlayanla qatlayın. Sonra isə yaxşı bir tuşla kirpiklərinizi dolğun və qalın hala gətirin. Ancaq gözlərinizin daha böyük görünməsi üçün alt kirpiklərinizə tuş çəkməyin./axşam.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar