Xəbər lenti
Nazir Muxtar Babayev vəzifəsindən istefa verdi
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsindən istefa verib.
Manevr.az-ın məlumatına görə, bugünkü iclasda AFFA-nın İcraiyyə Komitəsi M.Babayevin istefasını qəbul edib. Qərara alınıb ki, milli assosiasiyanın növbəti Konfransınadək Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.
İclasda həmçinin Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatın davam etdirilməsi, 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyununun əsas komandanınkından 1 gün əvvəl keçirilməsi qərara alınıb.
Premyer Liqada gənc futbolçularla bağlı limit də tətbiq olunub. 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunub.
Birinci Divizionla bağlı isə AFFA-nın baş katibliyi İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etməlidir.
İclasda, həmçinin Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib, lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.
Qeyd edək ki, Muxtar Babayev daha əvvəl "Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar