Xəbər lenti
Dilənçilərin qucağındakı UŞAQLAR NİYƏ HƏMİŞƏ YATIR?
Sosial şəbəkələrdə sürətlə yayılan bir yazı dilənçilərlə bağlı gördüyünü bu səhnənin gerçək üzünü gözlər önünə sərib.
Manevr.az xəbər verir ki, türkiyəli jurnalistlərdən biri bu barədə araşdırma aparıb.
Sözügedən yazını sizlərə təqdim edirik:
İstanbulda metro stansiyalarından birinin yaxınlığında yaşı tam olaraq bəlli olmayan bir qadın. Qadının saçları qarışıq və kirlidir, başını kədərli bir şəkildə önə əyib. Yanında bir çanta var. İnsanlar həmin çantaya pul atır. Qadının qucağında yatan 2 yaşlı bir körpə. Körpə çirki paltarda baş verənlərdən xəbərsiz yatıb. Dilənçinin pis bir niyyəti olduğunu düşünməyən insanlar hər zaman cibindəki son qəpik-quruşui və üstündəki son paltarını savab bir iş görmək düşüncəsi ilə onlara verir.
Bir ay boyunca bir dilənçinin yanından keçdim. Bunun bir qrup şəxsin nəzarətində olduğunu bildiyim üçün ona pul vermədim. Bir ay sonra yenə həmin dilənçinin önündən keçərkən bir şey diqqətimi cəlb etdi. Həmişəki kimi çirkli bir paltar geyindirilmiş körpəyə baxdım. Səhərdən axşama qədər bu uşağın nə üçün sakit durduğu məni təəccübləndirdi. Ağlamırdı, bağırmırdı, sadəcə başını "anası"nın dizləri üstünə qoyub yatırdı. Bir ay boyunca bu uşağın oyaq vaxtını görmədim. Dilənçinin gözlərinin düz içinə baxdım və ondan uşağın nə üçün həmişə yatdığını soruşdum. Dilənçi öncə özünü eşitməməzliyə vurdu. Sualı təkrarlayanda isə arxamdakı bir adama baxıb, "çıx get burdan" deyə mırıldandı. Mən bu dəfə daha yüksək səslə, "Nə üçün həmişə yatır?" sualını təkrarladım. Arxamda dayanan bir kişi əlini çiynimə qoydu. Döndüm. Yaşlı bir adam bu davranışımı qəbul etməyən baxışlarla gözlərini mənə zilləmişdi.
Mənə, "Ondan nə istəyirsən? Nə qədər çətin bir həyat yaşadığını görmürsənmi?", dedi və cibindən bir qədər pul çıxarıb dilənçinin çantasına atdı. Adam əlini çiynimdən çəkib, stansiyadan çölə çıxdı.
Ertəsi gün dostlarımdan birinə zəng vurdum. O, bu işin qrup şəkildə təşkil edildiyini söylədi. Bildirdi ki, körpələr əsasən içki aludəçisi olan ailələrdən müəyyən məbləğ qarşılığında götürülür və ya qaçırılır. Qaçırılan uşaqların səssiz qalması üçün onlara gün boyu ya spirtli içki verilir, ya da uyuşdurucu iynə vurulur. Təbii ki, uşaqların əksəriyyətinin orqanizmi zəif olduğundan adətən çox yaşamırlar. Ən qorxulusu isə körpələrin "iş günü"ndə ölməsidir ki, qadın ölü körpəni günün sonuna qədər qucağında saxlamaq məcburiyyətində qalır. Bu, bir qanundur.
Ertəsi gün həmin stansiyanın önündən yenə keçdim və jurnalist kimliyimlə danışmağa hazırlaşırdım ki, qorxunc bir mənzərə ilə qarşılaşdım. Qadın həmişəki yerində idi, amma qucağındakı körpə dünənki deyildi...(qaynarinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar