Xəbər lenti
Xoşqədəmin verilişində reklam olmuş həkim saxtakar çıxdı – 10 min manat, yalan diaqnoz… (Foto)
Xoşqədəm Hidayətqızının reklam etdiyi həkim saxtakar çıxıb.
Manevr.az minval.info-ya istinadən "Səni axtarıram" verilişində iştirak etmiş Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsininnin müdiri Dr. Mircəlal Kazımi yanlış diaqnozu ilə yeniyetmənin həyatını təhlükəyə atıb.
O, bir müddət öncə yardıma ehtiyacı olan Göytəpə şəhərə sakini 17 yaşlı Nərmin Xudiyevanı müayinə edib. Həkim müayinədən sonra xəstəyə qaraciyər sirrozu diaqnozu qoyub. Bununla yanaşı, Xudiyevanın ailəsindən 10 min manata yaxın pul alıb. Xəstə həyatının xilası üçün onun əməliyyatın vacib olduğunu söyləyib. Əməliyyatın gerçəkləşməsi üçün isə ailədən 40 min manat pul istəyib.
Eyni zamanda, həkim Nərminin özündəngetmə hallarının artmasından sonra isə xəstəxanaya yatırılması üçün 2500 manat depozitin qoyulmasını bildirib. Lakin xeyirxah insanların köməyliyi və araşdırmasından sonra məlum olub ki, diaqnoz yanlış qoyulub. Sən demə, N.Xudiyeva əslində qaraciyər sirrozundan deyil, Vilson xəstəliyindən əziyyət çəkirmiş. Onun sağalması üçün əməliyyata heç bir ehtiyac yoxdur.
Xatırladaq ki, yerli mediada Zaur Baxşəliyevin verilişində iştirak edən həkim barəsində saxtakar xəbərlər yayıldıqdan sonra Hidayətqızı canlı yayımda aparıcıya söz atıb. Xoşqədəm "mən efirə çağırdıqlarım həkimləri araşdırıram" deyib.
Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstan Baş Prokurorluğu Mircəlal Kazımi barədə məlumat yayıb. Məlumatda həkimin pasientlərini böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham oluduğu deyilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar