Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeni vergi tətbiq olundu

Tarix: 05-05-2018 20:13     Baxış: 4263 A- / A+
Azərbaycanda yeni vergi tətbiq olundu

“Azərbaycan vergi qanunvericiliyində gəlir vergisində kriptovalyuta istisna deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Bakı şəhəri “Pullman” otelində ölkəmizin aparıcı şirkətlərinin dəstəyi və iştirakı ilə ) “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda (FIF2018) Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Nicat İmanov deyib.

Onun sözlərinə görə, fiziki şəxsin kriptovalyuta aktivlərinin qiymətinin artdığı təqdirdə mütləq vergi ödənilməlidir.

“Mən hər hansı kriptovalyutanı 1000 dollara əldə etmişəmsə, bu gün onun qiyməti 9000 dollar olubsa, arada olan fərqə görə gəlir vergisi ödənilməlidir. Əgər mən onu Bitcoinə satdımsa, mən buna görə gəlir vergisi bəyannaməsi təqdim etməliyəm, vergi orqanında uçota durmalıyam və əldə etdiyim gəlirə görə də 101,2 maddəyə görə də gəlir vergisi ödəməliyəm. Yəni, 14% + 25% dərəcə ilə vergi verməliyəm. Mənfəət vergisi baxımından isə bu gəlir hesab edilir. Mənfəət birbaşa cəlb edilən əməliyyatdır”, – deyə N.İmanov vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar