Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əlilliklə bağlı qanun qəbul edildi

Tarix: 04-05-2018 15:14     Baxış: 4722 A- / A+
Əlilliklə bağlı qanun qəbul edildi


“Azərbaycan müharibə şəraitində yaşayır, ilk növbədə ölkənin müstəqilliyi uğrunda mübarizə nəticəsində əlil olan və şəhid ailələrinin evlə təminat məsələsi həll edilir. Yaxın dörd il ərzində əlillərin evlə təminatı məsələsi həll olunacaq”.

Manevr.az-ın publika.az-a istinadən xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Milli Məclisdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında qanun layihəsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib:

Nazir müavini deyib ki, digər əlillərin isə müvafiq icra hakimiyyəti tərəfindən evlə təmin edilməsi istiqamətində iş aparılır:


“Şəhid ailələrinin ailələri, Qarabağ əlillərinə fərdi yaşayış evləri ilə təminatı məsələsi barədə məlumatlar nazirliyin saytında var. Bu hər il 350- 400 nəfəri əhatə edir”.

Nazir müavini əlilliyin qiymətləndirilməsi ilə bağlı millət vəkillərinin təklifləri ilə razılaşdığını bildirib:


“Bu gün əlilliyin müəyyənləşdirilməsi xəstəliklərin beynəlxalq təsnifatı əsasında həyata keçirilir. Səhiyyəmiz inkişaf edir. Yeni nazir Sahil Babayevin iki gün öncə verdiyi tapşırığa əsasən əlillər arasında risk qrupuna daxil olan şəxslərin siyahısı hazırlancaq. Lakin əlilliyin müəyyənləşdirilməsində onu görmədən rəy verilməsi qaydası ilə bir həkim olaraq mən də razı deyiləm. Səhiyyə Nazirliyinin elektron bazası yaradılıb, hər bir şəxs barədə elektron məlumat olmadığı halda, xəstəni görmədən əlillik dərəcəsi verməklə razı deyiləm. Əlilliyin qiymətləndirilməsinin yeni formasının müsbət tərəfləri var. Bu vətəndaş məmur münasibətlərini sıfıra endirib. Əvvəl bu sistemdə çoxlu rüşvət halları var idi. Bu gün tibbi komissiyalar barədə rüşvət və korrupsiya ilə bağlı şikayət olmur”.

N.Məmmədov əlillərin vaxtaşırı müayinəyə cəlb edilməsi barədə millət vəkillərinin iradına da münasibət bildirib:


“Anatomik patologiyalarla müraciət edən şəxslərə əlillik dərəcəsi almaq üçün vaxt müəyyən etmək də doğru deyil. Bu məsələdə də millət vəkilləri ilə razıyam. Digər əlilliklərlə bağlı isə vaxtaşırı müayinənin olması mütləqdir. Çünki bəzi əlillik halları müəyyən müddət sonra sağalır”.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar