Xəbər lenti
Ermənilərin Bakıya qarşı inanılmaz qara piar metodu
“Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı İTV-də Anar Yusifoğlunun təqdimatında yayımlanan “Diqqət mərkəzində” verilişində BMT Baş Assambleyasının komitə iclasında respublikamız əleyhinə aparılan dezinformasiya kampaniyası haqda danışıb.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, Aynur Camalqızı Azərbaycanın illərdir çox ciddi şəkildə informasiya müharibəsi ilə üz-üzə olduğunu deyib. O bildirib ki, əksər Qərb dairələri, Avropa dövlətləri bu savaşda bizim düşmənimiz olan Ermənistanla həmrəydir:
“Çox qəribədir ki, bu informasiya müharibəsində Ermənistan Azərbaycanın informasiya maraqlarının 80 faizinin üzərinə az qala total hücum başladıb. Azərbaycanla bağlı informasiyaların istər ənənəvi, istər onlayn mediada saxtalaşdırılaraq yayılması təkcə dünyanın, Azərbaycan ictimaiyyətinin deyil, həm də erməni ictimaiyyətinin də bu məsələdə çox ciddi şəkildə aldadılmasına səbəb olur. Bu da ondan irəli gəlir ki, erməni lobbisi uzun illərdir Azərbaycan əleyhinə bu məsələdə çox ciddi işlər ortaya qoyur.
Bir müddət öncə Avropa Şurasında məlum hesabat müzakirəyə çıxarıldı və Azərbaycanı bəzi məsələlərdə, xüsusən də seçki məsələsində ittiham edildi. Bütün bunlar məqsədyönlü şəkildə həyata keçirilib. Çünki bu, sırf seçki ilə bağlı gündəmə gələn məsələ deyildi”.
A.Camalqızı bildirib ki, bir müddət öncə həm Ermənistanda, həm də Azərbaycanda prezident seçkiləri baş tutdu:
“Azərbaycanla Ermənistan arasındakı vəziyyətə bir diqqət yetirin. Dünyanın Cənubi Qafqazda yerləşən bu iki dövlətə münasibəti açıq-aydın ortadadır. Ermənistanda baş verən hadisələrlə bağlı heç bir beynəlxalq təşkilat kəskin bir mövqe ortaya qoymayıb, amma eyni hadisə Azərbaycanda baş versəydi, həmin təşkilatlar nələr edərdi, bunu heç təsəvvür etmək belə mümkün deyil”.
Aynur Camalqızı qeyd edib ki, AŞPA-nın məlum hesabatında Azərbaycan tərəfi bir çox məsələlərdə ittiham olunur:
“Bu ittihamın “motivi” çox cidd-cəhdlə Azərbaycanın lobbi fəaliyyətini qaralamağa yönəlib. Düşünürəm ki, həmin qaralama kampaniyasına Azərbaycan prezidentinin köməkçisi, hörmətli Əli Həsənovun cavabı çox tutarlı oldu. Ə.Həsənov haqlı olaraq qeyd etdi ki, bütün dünyada sivil dövlətlər öz lobbi fəaliyyəti üçün müəyyən maliyyə ayırır. Hətta ABŞ kimi bir dövlət hər il öz dövlət büdcəsindən lobbi fəaliyyətinə 200 milyard dollar civarında maliyyə xərcləyir.
Bundan əlavə AB-nin Şərq Tərəfdaşlığı proqramına da hər il böyük məbləğdə vəsait ayrılır. Bu maliyyələr dünyada məhz o dövlətlərin təbliğatı üçündür. Əgər məsələ bu istiqamətdədirsə, Avropa ölkələri də uzun illərdir ki, öz diaspor, lobbi fəaliyyətləri üçün belə pullar xərcləyirlər.
Azərbaycanın da bu tip addımlar atması, öz dövlətini tanıtmaq, əlaqələrini genişləndirmək, öz tarixi, keçmişi, bu günü haqqında, xüsusən də Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması yönündə işlər görməsi təbiidir. Ölkəyə gələn qonaqlara öz qonaqpərvərliyimizi göstərməliyik. Onlara üzərində tarixi abidələr həkk olunmuş suvenirlər hədiyyə olunursa, bu heç vaxt rüşvət və ya korrupsiya sayıla bilməz. Çünki bütün dünya ölkələri bu üsullardan öz dövlətini tanıtmaq üçün istifadə edir. Azərbaycan da bu barədə az qala 200 illik demokratiya tarixi olan ABŞ-dan və ya digər dövlətlərdən nümunə götürürsə, Azərbaycanı heç nədə ittiham etmək olmaz”.
A.Camalqızı bildirib ki, Azərbaycan informasiya müharibəsində artıq böyük söz sahibinə çevrilib:
“Məsələn, ölkəmizin 10-15 il əvvəlki vəziyyəti ilə indiki durumu arasında böyk fərq var. Azərbaycan artıq informasiya məkanını idarə edir. Biz artıq öz həqiqətlərimizi dünyaya çatdıra bilirik. Bu sahə ilə məşğul olan kifayət qədər peşəkar media orqanlarımız, qeyri-hökumət təşkilatlarımız var. Mediadakı prosesləri idarə edə bilsək də, sosial şəbəkələrə də nəzarət etmək lazımdır. Təəssüf ki, Ermənistan tərəfi informasiya müharibəsində sosial şəbəkələrdən aktiv şəkildə yararlanır. Məsələn, ermənilər sosial şəbəkələrdə azərbaycanlı ad-soyadları ilə qeydiyyatdan keçərək saxta informasiyalar yayırlar. Əksər hallarda da insanları buna inandıra bilirlər. Bu təxribatların qarşısını almaq üçün birinci növbədə insanları sosial şəbəkələrlə bağlı maarifləndirmək lazımdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar