Xəbər lenti
Nazirimizdən yeni TƏYİNAT - FOTO

Sumqayıt Regional Mədəniyyət İdarəsində kadr islahatları aparılıb.
Manevr.az xeberle.com-a istinadən xəbər verir ki, idarənin rəis müavini vəzifəsinə təyinat olub.
Belə ki, Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə İlham Əhmədov Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Rəis müavini ötən gün qurumun kollektivinə təqdim olunub.
Qeyd edək ki, İ.Əhmədov 1977-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olub. 1992-1996-cı illərdə S.Hacıbəyov adına Musiqi texnikumu, 2002-2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 1993-2001-ci illərdə Qubadlı rayon Uşaq musiqi məktəbində tar müəllimi, 2001-2009-cu illərdə Sumqayıt şəhərində yerləşən bir çox klub, mədəniyyət evlərində müdir və direktor, 2009-2014-cu illərdə Qubadlı rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbində direktor, 2014-2017-ci illərdə Qubadlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri, 2017-ci ildən 2018-ci ilin aprel ayının 23-nə qədər Sumqayıt Regional Məəniyyət və Turizm İdarəsinin Qubadlı rayonu üzrə nümayəndəsi vəzifələrində çalışıb.
Aprelin 23-dən isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavinidir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar