Xəbər lenti
Parlamentdə MÜBAHİSƏ: Siyavuş Novruzov spikerdən o deputatların siyahısını İSTƏDİ
Tez-tez mətbuatda "istiqlalçı deputatlar"la bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini "istiqlalçı" hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bütün hallarda bu məsələlərə son qoymaq lazımdır. "Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm, kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, o siyahı açıqlasın".
Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız "İstiqlalçı deputatlar" SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər".modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar