Xəbər lenti
Taksi sürücüsünə jurnalist vəsiqəsi verən şəxsə hökm oxundu
Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynov hakim qarşısın çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində G.Hüseynovun cinayət işi üzrə məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edib.
Məhkəmə prosesində G.Hüseynovun vəkili çıxış edərək müvəkkili barəsində şərti cəza verilməsini xahiş edib.
Məhkəmədə son sözlə çıxış edən Gündüz Hüseynov barəsində ədalətli qərar çıxarılmasını istəyib.
“Özümü qismən günhakar hesab edirəm. Mənim də etdiyim olub. Amma işin çoxunu görənlər çöldədir”- deyən təqsirləndirilən şəxs cibindən iki körpə uşağının şəkilini çıxardaraq hakimlərə göstərib və məhkəmədən yüngül cəza istəyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən G.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.
Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.
Bildirək ki, “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.
Gündüz Hüseynov ayrı-ayrı şəxslərə qəzetin vəsiqəsini verib. Həmin şəxslərə jurnalistlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib. O, zərərçəkmişlərə vəsiqələr verərək adlarından qəzetdə yazılar çap etdirirmiş. Onun jurnalist vəsiqəsi verdiyi şəxslər arasında taksi sürücüsü, maşın ustası və toy məclislərində müğənni kimi iştirak edən şəxslər də var.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar