Xəbər lenti
“Turistləri aldadan taksi sürücüləri cəzalandırılmalıdır” — deputatdan AÇIQLAMA
Milli Məclisin deputatı Musa Quliyev Bakıda “London taksiləri” kimi tanınan taksi sürücülərinin xarici turistlərə qarşı yol verdikləri dələduzluq hərəkətlərini sərt şəkildə pisləyib.
M.Quliyev “olke.az”-a açıqlamasında bildirib ki, bu cür hallar taksi sürücülərinin nadanlığından, pul hərisliyindən, mədəniyyətsizliyindən və qanunun tələblərinə hörmətsizliyindən irəli gəlir:
“Çox təəssüf ki, son vaxtlar Azərbaycanda da turistlərin bu cür hallarla qarşılaşmasının şahidi oluruq, belə xoşagəlməz xəbərləri eşidirik. Hesab edirəm ki, bu cür hərəkətlərin qarşısı həm inzibati yollarla, həm də cəza yolu ilə alınmalıdır. Belə halların qarşısını almaq üçün həm turistlər, həm də Azərbaycan vətəndaşları kifayət qədər məlumatlı olmalıdır, lazımı qurumlara şikayətlər edilməlidir. Taksi sürüclərinə nəzarət edən müvafiq qurumlar mütəmadi olaraq tədbirlər görməlidir, insanlara məlumatlar verilməlidir”.
Deputat taksi fəaliyyəti göstərən bütün avtomobillərdə sərnişinlərin şikayət edə bilməsi üçün əlaqə telefon nömrələrinin vurulmasını təklif edib:
“Həmin telefon nömrələri taksi maşınlarında elə yerə vurulmalıdır ki, onu sərnişinlər və xarici turistlər rahat görə bilsinlər. Eyni zamanda maariflədirmə tədbirləri də gücləndirilməlidir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar