Xəbər lenti
Təhsil işçilərinə ŞAD XƏBƏR

Abşeron rayonu Saray qəsəbəsində salınan "Alimlər şəhərciyi" yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Akademiyadan bildirilib ki, AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.
Qeyd edək ki, Abşeron rayon Saray qəsəbəsində yerləşən "Alimlər şəhərciyi"ndə AMEA əməkdaşları üçün 7 hektar sahədə ilkin olaraq 2, ümumulikdə isə 18 blokun tikilməsi nəzərdə tutulur.
Layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.
"Smart City – Ağıllı Şəhər" tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar