Xəbər lenti
“Təhsil haqqında” qanuna yeni dəyişiklik
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli “Təhsil haqqında” qanuna ediləcək dəyişikliklərə münasibət bildirib.
Manevr.az xəbər verir ki, komitə sədri azvision.az-a bildirib ki, 2009-cu ildə qəbul edilən qanun dəyişən və inkişaf edən zamana uyğunlaşdırılmalıdır.
İ.Həbibbəyli nazirin təklifinə cavabında deyib: “Təhsil haqqında” qanun çərçivə qanunların əsas müddəalarını özündə əks etdirir. Burada uzun vədəli inkişaf üçün əhəmiyyətli cavablar öz əksini tapıb. Qanun 2009-cu ildə qəbul edilib, bundan xeyli vaxt keçir. Zaman dəyişir, həyat inkişaf edir. Azərbaycan dünyaya inteqrasiya edir, böyük işlər görülür. Burada təhsilin özündə də yeniliklər, inkişaf səviyyələri müəyyən olunur. Dinamik inkişaf edən təhsil mühitinin daha da inkişaf etdirilməsinə kömək üçün “Təhsil haqqında” qanuna əlavə və düzəlişlərin edilməsi labüddür. Belə təklif Təhsil Nazirliyi tərəfindən irəli sürülüb. Qurum tərəfindən mövcud reallığı ifadə edən təkliflər Elm və təhsil komitəsində təsdiqlənir. Çünki bu, vahid prosesdir və təhsilin inkişafına kömək etmək hər birimizin borcudur”
Qeyd edək ki, Təhsil Nazirliyində “Təhsil haqqında” qanuna dəyişikliklərin edilməsi barədə təkliflər paketi hazırlanıb. Təhsil naziri Ceyhun Bayramov bildirib ki, yaxın zamanlarda təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim olunacaq.
Nazirin sözlərinə görə, dəyişikliklərdən sonra müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə tətbiq ediləcək.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar