Xəbər lenti
“ASAN Xidmət”in yeni sədri KİMDİR? – FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə yeni sədr təyin olunub. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Ülvi Mehdiyev bu vəzifəyə təyinat alıb.
Manevr.az minval.info-ya istinadən Ülvi Mehdiyevin bioqrafiyasını təqdim edir:
Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.
2005-2006-cı illərdə hərbi xidmətdə olub.
2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.
Ü.Mehdiyev 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində işləyib.
2012-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, iki övladı var.
İngilis, rus dillərini bilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar