Xəbər lenti
“Azərilər türkləşmiş farslardır” deyən köməkçisinə İran prezidentindən CAVAB
İran prezidenti H.Ruhani Təbrizdə türk dilindən danışıb: “İran torpağının ətirli çiçəyi və qürur mənbəyi”.
Manevr.az “Bizim Yol”a istinadən xəbər verir ki, “Ölkədə türk yoxdur, azərilər türkləşmiş farslardır” deyən köməkçisi Əli Yunusiyə İran prezidenti Həsən Ruhanidən cavab gəlib. İran prezidenti Həsən Ruhani ölkəsində Türk Dil və Ədəbiyyat Mərkəzinin fəaliyyətinin gücləndirilməsinə çağırış edib. O, İran birinci futbol liqasında çətin günlərini yaşayan Təbrizin “Traktor Sazi” futbol klubuna da dəstək verəcəyini vəd edib.
Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizə səfərində ictimaiyyətə görüşən H.Ruhani köməkçisi Əli Yunisinin fikirlərinin əksinə olaraq türk dili (Azərbyacan dili) üçün “İran torpağının ətirli çiçəyi və qürur mənbəyi” ifadəsini işlədib. H.Ruhani deyib: “Şərqi Azərbaycan hökumətindən, səlahiyyət sahiblərindən əyalətdəki universitetlərdən türk dili və ədəbiyyatını gücləndirməyi, lazımi kitabları dərc etməyi tələb edirəm”.
Ruhani Təbrizin “Traktors Sazi” futbol klubunun baş məşqçisi Ərtoğrul Sağlamla da görüşüb. O, Ə. Sağlama İran birinci futbol liqasında çıxış edən, son dövrlər maliyyə problemləri və liqadan çıxmaq riski ilə üzləşdiyi üçün çətin günlərini yaşayan Təbrizin “Traktor Sazi” futbol klubuna kömək etməyə dair söz verib.
Xatırladaq ki, türkiyəli baş məşqçisi Ərtoğrul Sağlamın çalışdırdığı “Traktor Sazi” futbol klubu liqada 11-ci yerdədir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar