Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” – Tənqid olunan sabiq sədr Nazim İbrahimov

Tarix: 25-04-2018 10:48     Baxış: 3299 A- / A+
“Ramiz Mehdiyev bizim ağsaqqalımızdır” – Tənqid olunan sabiq sədr Nazim İbrahimov

“Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirlərini birmənalı olaraq qəbul edirik”.

Manevr.az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov PA rəhbəri, akademik Ramiz Mehdiyevin Diaspor Komitəsinin fəaliyyətindəki qüsurlarla bağlı açıqlamasına münasibət bildirərkən Unikal.org-a deyib.

N.İbrahimov bildirib ki, Ramiz Mehdiyev Komitədə maliyyə mənimsəməsi olduğunu deməyib. O, Komitənin fəaliyyətinin təftişinin mümkünlüyünə də aydınlıq gətirib: “Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab Prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”.

Qeyd edək ki, PA rəhbəri Ramiz Mehdiyev Nazim İbrahimovun rəhbərliyi dövründə nöqsanlara yol verildiyini bildirib: “Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar