Xəbər lenti
İşsizlər üçün imkan: deputatlar açıqladı - Video

Bir sıra tikinti şirkətlərinin bazara təqdim etdiyi mənzillər insanların alıcılıq qabiliyyəti ilə üst-üstə düşmür. Bəzi şirkətlərin tətbiq etdiyi qanunsuz tariflər isə insanların narazılığına səbəb olur.
Bu sözləri Milli Məclisin bugünkü plenar iclasında ombudsman Elmira Süleymanova deyib.
Elmira Süleymanova bəzi şəxslərin sosial şəbəkələrdə saxta profillər açaraq bir sıra şirkətlərin, insanların şərəf və ləyaqətini təhqir etdiyini, ləkələdiyini də diqqətə çatdırıb.
Müzakirələrdə çıxış edən millət vəkili Əli Məsimli isə bankların lisenziyalarının əlindən alınması zamanı ortaya çıxan problemlərə diqqət çəkib. Millət vəkili belə olan halda bir sıra sahibkarların banklardakı şəxsi vəsaitlərini əldə edə bilmədiklərini vurğulayıb.
"Məşğulluq haqqında" qanun layihəsini təqdim edən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə ilk oxunuşa çıxarılan qanun layihəsinin işsizlik problemlərini aradan qaldırmaq üçün önəmli sənəd olduğuna diqqət çəkib. O, bu məqsədlə vakansiya bankının yaradılacağını vurğulayıb.
Qeyd edək ki, qanun layihəsi səsə qoyularaq ilk oxunuşda qəbul edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar