Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentin işdən çıxardığı komitə sədri qızının toyunu təxirə salıb

Tarix: 24-04-2018 16:24     Baxış: 3215 A- / A+
Prezidentin işdən çıxardığı komitə sədri qızının toyunu təxirə salıb

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov qızının toyunu təxirə salıb.

Manevr.az BakuPost-a istinadən xəbər verir ki, ötən ilin dekabrında nişanlanan Kəmalə İbrahimovanın toyu aprelin 14-də baş tutmalıymış. Hətta toyun məkanı danışılıb, dəvətnamələr də paylanılıbmış. Belə ki, toyun keçiriləcəyi məkan olaraq “Alov qüllələri”ndəki “Fairmont” otellə razılıq əldə olunub. Lakin növbədənkənar prezident seçkilərindən sonra toy təxirə salınıb. Qonaqlara isə səbəb kimi prezident seçkilərindən sonra tədbirlərin çox olduğu, məhz bu səbəbdən toyun başqa tarixə keçirildiyi deyilib.

Mənbənin saytımıza verdiyi məlumata görə, toyu təxirə salan tərəf İbrahimovlar olub. Buna səbəb isə N. İbrahimovun seçkilərdən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacağı barədə xəbərlər alması olub.

Bundan başqa, toyun keçiriləcəyi məkan üçün və təşkilati işlərə xeyli miqdarda pul xərclənilib.

Qeyd edək ki, K.İbrahimova “DeCamie” moda evinin sahibidir.

Məlumat çün bildirək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də baş tutub. Seçkilərdən sonra aprelin 18-də Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib. Prezident İlham Əliyevin sərəncamı ilə N. İbrahimovun yerinə deputat Fuad Muradov təyin edilib.
Prezidentin işdən çıxardığı komitə sədri qızının toyunu təxirə salıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar