Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan Fədayə Laçından XƏBƏR VAR: "Xanım olduğu nəzərə alınaraq..."

Tarix: 18-04-2018 20:33     Baxış: 4256 A- / A+
Həbsdə olan Fədayə Laçından XƏBƏR VAR: "Xanım olduğu nəzərə alınaraq..."

"Fədayə xanımın səhhəti ortadır. Hər kəsə, xüsusən də, onu sevənlərə salamı var. Səbrsizliklə məhkəməsinin keçirilməsini gözləyir".

Bu sözləri sfera.az-a açıqlamasında Bakı İstintaq Təcridxanasında saxlanılan müğənninin vəkili Türkel Süleymanlı deyib.

Onun sözlərinə görə, müğənni telefon bağlantısı qurur, yaxınları ilə danışır:

"Ailəsi ilə görüşmək barəsində bir şey deyə bilmərəm, xəbərsizəm. Lakin telefon bağlantısı qurub ana, bacısı və övladı ilə danışmaq imkanı var".

Vəkilin sözlərinə görə, müğənninin müalicəsi də davam edir:

"Cəzaçəkmə müəssisəsinə köçürüldükdə daha rahat müalicə ala biləcək. Şərti cəza kəsilərsə, daha yaxşı olar. Hələlik, gözləyirik".

Məhkəmənin nə vaxt keçiriləcəyi isə bəlli deyil. Vəkilin sözlərinə görə böyük ehtimalla məhkəmə açıq keçiriləcək:

"Məhkəmənin nə vaxt keçiriləcəyi ilə bağlı dəqiq məlumatımız yoxdur. Ümidvarıq ki, məkhkəmə yekunlaşmaq üzrədir. Çünki artıq kifayət qədər vaxt keçib. Yəqin ki, xanım olduğu nəzərə alınaraq ona mərhəmət göstəriləcək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar