Xəbər lenti
“Azərbaycanda internet azaddır” - Prezident
“Son 15 il ərzində ulu öndərin yolu ilə gedərək çox böyük uğurlara imza atdıq. Bu illər ərzində dünyanın demək olar ki, bütün bölgələrində çox təhlükəli proseslər baş verirdi. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri.... Azərbaycan xalqı isə təhlükəsizlik şəraitində yaşayıb. Biz daxili risklərin hamısını aradan qaldırdıq. Xarici risklərdən isə özümüzü qoruya bilmişik. Əminəm ki, bundan sonra da qoruya biləcəyik”.
Bu sözləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib:
"Azərbaycan xalqı bu 15 ildə sabitlik şəraitində yaşayıb. Sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir. Azərbaycan dünya miqyasında bu gün sabitlik adası kimi tanınır. Bu, bizim nailiyyətimizidir.
Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı.
Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”.qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar