Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
12-06-2026
BÜTÜN XƏBƏRLƏR

"...Yolunu gözləyən 3 övladı, 80 yaşlı ata-anası var" - Habil Vəliyevin vəkili

Tarix: 18-04-2018 11:45     Baxış: 3384 A- / A+
"...Yolunu gözləyən 3 övladı, 80 yaşlı ata-anası var"


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reket fəaliyyətində ittiham olunaraq həbs edilən "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin məhkəməsi keçirilib.

Hakim Fikrət Qəribovun icraatında olan prosesdə H.Vəliyevin vəkili Rəsmiyyə Qəhrəmanova müdafiə çıxışı edib.

O bildirib ki, zərərçəkənlərin heç bir şikayəti yoxdur və H.Vəliyevin həbsdə qalmasını istəmirlər: "Onun yolunu gözləyən 3 övladı, 80 yaşlı ata-anası var. Xahiş edirəm, həbslə bağlı olmayan hökm çıxarasınız".

Proses aprelin 25-də davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək H.Vəliyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. DTX-nın yaydığı məlumata görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar