Xəbər lenti
Bu şəxslər Vatsapa GİRƏ BİLMƏYƏCƏK: İNANILMAZ YENİLİK GƏLİR
Məşhur Vatsap (Whatsapp) messenceri istifadəçilərə daha bir yenilik gətirəcəyi ilə bağlı məlumat yayıb.
Messencerin qaydalarına dəyişiklik ediləcəyi və istifadəçilər üçün yaş məhdudiyyətinin 13 yaşdan 16 yaşa qədər artırılacağı ilə bağlı məlumat yayılıb. Sözügedən qaydaların may ayının 25-dən etibarən Avropa ölkələrində tətbiqinə start veriləcəyi də deyilir.
Qüvvəyə minəcək olan GDPR (General Data Protection Regulation - Ümumi Məlumat Qoruma Qanunu) adlı məlumat qoruma sistemi texnologiya şirkətlərini Aİ ölkələrindəki göstərici praktikalarını böyük ölçüdə dəyişməyə məcbur edəcək.
Yeni versiyanın aktivləşdirilməsi ilə 16 yaşından kiçik olan şəxslərin Vatsap messecerindən istifadəsi qadağan olunacaq. Hazırda isə bu məhdudiyyət 13 yaş olaraq müəyyənləşdirilib. Bütün bunlar, eləcə də digər dəyişikliklər Vatsapın təzələməyə hazırlandığı istifadə şərtlərinin yayımlanması ilə hər kəsə bəlli olacaq.
Bundan başqa Feysbuk sosial şəbəkəsinin İcraçı Direktoru Mark Zukerberq ötən həftə ABŞ Senatında verdiyi ifadələrində əhəmiyyətli bir mövzuya toxunub. O bildirib ki, qanunlar mövzusunda işini şansa buraxmayacaq və Avropa miqyasında istifadəçilərin şəxsi məlumatlarını GDPR sistemi qoruyacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar