Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Nazirliklər bir həftə işləməyəcək

Tarix: 17-04-2018 10:39     Baxış: 4244 A- / A+
Nazirliklər bir həftə işləməyəcək

Bakıda keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir həftə işləməyəcək.

Orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları 5 günlük tətilə buraxılacaqlar.

İşçilərin tətili aprelin 25-dən 30-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına aprelin 25-dən işə gəlməməklə bağlı tapşırıq verilib. Hökumət Evində yerləşən qurumların əməkdaşları üçün son iş günü aprelin 24-ü olacaq. Aperlin 30-dan Hökumət Evində iş bərpa ediləcək.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran Pri həmin binanın qarşısından start götürəcək.

Xatırladaq ki, Hökumət Evində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər qurumlar yerləşir.report.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar